Ötən həftə COVID-19 infeksiyasına yoluxma hallarının sayında rekord artım olub - ÜST

13:49 23.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni koronavirusa yoluxmuş Yer kürəsi sakinlərinin ümumi sayı 78 milyon nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə pandemiyanın başladığı dövrdən indiyədək ən pis həftə hesab edilib – yeddi gün ərzində 4.600.000-dən çox testin nəticəsi müsbət olub.

Hafta.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu gün, dekabrın 23-nə bu rəqəm 78.018.199 nəfərə bərabərdir.