Yazını böyüt
Yazını kiçilt
29.05.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.
FHN-dən hafta.az-a bildirilib ki, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.