Yazını böyüt
Yazını kiçilt
Pakistanın Nazirlər Kabineti buraxılıb. Baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.
Hafta.az xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib bildirib.
"Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - deyə nazir sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan parlamenti buraxılıb.