Yazını böyüt
Yazını kiçilt
Pakistan hökuməti İslamabad Beynəlxalq Hava Limanının işlətmə hüququnu təhvil verməyə hazırlaşır.
Hafta.az-ın yazdığına görə, Pakistanın Maliyyə Nazirliyi cümə axşamı elan edib ki, İslamabad hava limanının istismarı tender yolu ilə satışa çıxarılacaq.
Ölkədəki dərin iqtisadi böhrandan çıxmaq və ölkəyə daha çox valyuta axınını təmin etmək üçün addımlar atan İslamabad administrasiyası üç böyük hava limanının ustismarını müxtəlif şirkətlərə tapşıracaq və artıq bu prosesə start verilib.
Bildirilib ki, Pakistan hökuməti İslamabad hava limanının birgə istismarı üçün Qətər tərəfi ilə danışıqlar aparır.