Pakistanın mərkəzi Pəncab əyalətində polis cinayəti azaltmaq üçün süni intellektdən istifadə etməyə başlayıb. Pəncab polisi cinayət işləyən iki milyona yaxın insan üçün elektron üz tanıma sistemi hazırlayıb.
Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, polis məmuru İhsan Yunus, texnologiyanın əyalətdəki müstəntiqlərə cinayət yerindən əldə edilən hər hansı bir fotoşəkili cinayət məlumat bazasında adı olan iki milyon şübhəlinin üzləri ilə uyğunlaşdırmağa kömək edəcəyini söyləyib. Yunus bildirib ki, süni intellektdən istifadə polisin istintaq yükünü azaldacaq.
Polis Çin tərəfindən maliyyələşdirilən və həyata keçirilən layihə çərçivəsində Pakistanın bütün böyük şəhərlərində quraşdırılmış cinayət yeri müşahidə kameralarının görüntülərinə etibar edəcək.
Pakistan araşdırmalar aparmaq üçün ilk dəfə texnologiyadan istifadə etməyə hazırlaşır.