Pakistanın müdafiə naziri Havaca Asif "Taliban anti-Pakistan yaraqlılarını cilovlaya bilməsə, Əfqanıstan ərazisində terrorçuların bunkerlərinə zərbələr endirəcək" deyərək hədələyib.
Hafta.az-ın yazdığına görə, Havaca Asif bildirib ki, fevralın sonlarında Əfqanıstana səfəri zamanı bu ölkənin liderlərinə xəbərdarlıq edib. “Onlar terrorçuların Əfqanıstan ərazisindən istifadə edərək Pakistana hücumlar planlaşdırmasına mane olan transsərhəd təhlükəsizlik öhdəliklərinə əməl etməlidirlər və etməsələr, İslamabad administrasiyası bu addımı atacaq”.
"Əgər bu edilməsə, nə vaxtsa biz bəzi tədbirlər görməyə əl atacağıq. Bu tədbirlər, şübhəsiz ki, terrorçuların Əfqanıstan torpaqlarındakı sığınacaqlarını harada olmalarına baxmayaraq, vurmalı olacaq. Biz onları vurmalıyıq, çünki bu vəziyyətə uzun müddət dözə bilmərik”, - deyə Asif bildirib.
O, Pakistan Pakistan Talibanının (TTP) Əfqanıstan ərazisi üzərində hərəkətə keçdiyini iddia etsə də, Əfqanıstan İslam Əmirliyinin rəhbərliyi bu iddiaları rədd edir.
Xatırladaq ki, Pakistan daha əvvəl TTP-nin orada olduğu səbəbilə Əfqanıstanı vurmaqla hədələmişdi. Pakistanın daxili işlər naziri Rana Sanaullah bildirib ki, Əfqanıstan İslam Əmirliyi rəhbərliyi TTP-yə qarşı tədbir görməzsə, Pakistan Əfqanıstandakı TTP üzvlərini hədəfə ala bilər.
Pakistanın xarici işlər naziri Bilavel Bhutto Zardari əvvəllər demişdi ki, İslam Əmirliyi administrasiyası “TTP-ni cilovlaya bilməsələr, Əfqanıstandakı qruplaşmaya qarşı tədbir görə bilər”.