Paltarı metronun qapısına ilişən yeniyetmə dünyasını dəyişib

13:47 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Nyu-York şəhərində metroya minmək istəyərkən paltarı metronun qapısına ilişən gənc qarşıdan gələn qatarın vurması nəticəsində dünyasını dəyişib.

ABŞ-ın Nyu-York şəhərində 20 yaşlı yeniyetmə Columbus Circle stansiyasında qatara minmək istəyərkən paltarı metronun qapısına ilişib.

Qarşı tərəfdən gələn qatar paltarını saxlaya bilməyən gənci vurub və metrlərlə sürünüb. Hadisə yerinə çox sayda polis və ilk yardım qrupları göndərilərkən, səlahiyyətlilər gəncin həyatını itirdiyini bildirib.

NYC Tranzit prezidenti Richard Davey mərhumun ailəsinə başsağlığı verib və deyib: "İstintaq ilkin mərhələdə olsa da, görünür, bu, cinayət fəaliyyəti ilə əlaqəli olmayan dəhşətli bir qəza idi."