Paşinyan: “Müstəqilliyin ilk günündən Ermənistanda sülh olmayıb”

15:26 08.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda müstəqilliyin ilk günündən bəri sülh olmayıb”.

Hafta.az "Armenpress"ə istinadən yazır ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, sitat: Bizdə müharibə var idi, çünki hər il itkilər və yaralılar olurdu. Əsgərlər ölərkən və yaralananda harada sülh gördünüz? Bizdə sülh yox idi, daim müharibə və müharibənin daim təxirə salınması olurdu və bu təxirəsalınma üçün son tarix 2016-cı ilin aprel müharibəsi ilə elan edildi. Lakin aprel müharibəsindən əvvəl hamımızın artıq bildiyi və dərc olunmuş Qarabağ nizamlanması üçün tamamilə yeni təkliflər paketinin olması da çox vacibdir.

Paşinyanın sözlərinə görə, Qarabağ nizamlanması üçün çərçivə 1996-cı ildə Lissabon Zirvə görüşündə müəyyən edilib və Qarabağ məsələsi artıq həmin vaxta qədər həll olunmuşdu. Bütün bu gecikmələr və təxirəsalmalar ilk növbədə Ermənistan məsələsinin həllinə, yəni Ermənistan dövlətinin yaradılmasının qarşısını almağa yönəlmişdi.

“Və biz məhz bunu çox qısa zamanda anladıq: Ermənistan tələyə düşüb və bizim vəzifəmiz Ermənistanı bu tələdən çıxarmaq idi. Qurbanlarımız və itkilərimiz bahasına Ermənistanı bu tələdən çıxardıq və bu, ən vacib şeydir. Qurbanların əbəs yerə olduğunu deyənlər Ermənistan dövlətçiliyinin tələdən xilas olduğunu başa düşmürlər”, - deyə Paşinyan bildirib.