Pekin Avropa ilə münasibətləri yaxşılaşdırmağa çalışır - NYT

10:54 22.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pekin Avropa ilə münasibətləri yaxşılaşdırmağa və Moskvadan "məsafə saxlamağa" çalışır. The New York Times (NYT) analitiklərin fikirlərinə əsaslanaraq yazır.

Nəşr xüsusən də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yinin Avropa ölkələrinə bu yaxınlarda etdiyi səfərindən bəhs edir. Onun əsas məqsədi “təcili surətdə iqtisadiyyatı dirçəltmək üçün Avropa ölkələrini bu işə cəlb etməkdir”. NYT-yə müsahibə verən analitiklər qeyd edirlər ki, Vanq Yi də Moskvanı birbaşa dəstəkləməkdən imtina edib və qeyd edib ki, “Çin böhranın uzanmasını və genişlənməsini istəmir”.

Bununla yanaşı, nəşr Çin tərəfinin “dialoq qurmaq” cəhdlərinə baxmayaraq, ABŞ-ın Pekinə “ciddi təzyiq” etdiyini vurğulayır. Təxminən iki il davam edən “sərin münasibətlər”dən, böyük investisiya sazişinin iflasından və Ukraynadakı münaqişədən sonra analitiklər deyirlər: “Avropa liderləri Çinin tonunu yumşaldacağını və Moskva ilə aralarındakı məsafəni daha da artırmaq istəyini nümayiş etdirəcəyini eşitməyə ümid edirdilər. Əvəzində Vanq Yi Münhendə keçirilən təhlükəsizlik konfransında casus şarı insidentinə görə Birləşmiş Ştatlarla “kəskin şəkildə söz müharibəsi alovlandırdı” və Vaşinqtonun reaksiyasını “absurd və isterik” adlandırdı".

Bununla belə, Çin yalnız ABŞ-ı tənqid edir, eyni zamanda “Avropanın böyük hissinə müraciət etməyə” çalışır. Analitiklər hesab edirlər ki, Ukrayna münaqişəsində Moskvaya birbaşa dəstək vermək istəməməsi Pekinin Aİ ilə ticarət əlaqələrini canlandırmaq niyyəti ilə bağlıdır.

Xatırladaq ki, müharibə başlayandan sonra Çin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və digər ölkələrin analoji addımlarını pisləyib. Fevralın ortalarında Münhen Konfransı zamanı Vanq Yi “bütün ölkələrin suverenliyinə” hörmətlə yanaşaraq, Çinin münaqişəni həll etmək planını açıqlayıb. Bloomberg-in məlumatına görə, Pekinin Ukraynadakı münaqişənin həlli planına atəşkəs çağırışı və Kiyevə silah tədarükünün dayandırılması daxildir.