Pentaqon yadplanetlilər haqqında ittihamlara cavab verib

19:32 27.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Nazirliyi Konqresdəki dinləmələr zamanı keçmiş ABŞ kəşfiyyatçısı Devid Qruşun yadplanetlilər və texnologiyaları haqqında məlumatı gizlətmək ittihamlarına cavab verib. Bu barədə The Guardian məlumat yayıb.

AARO-ya Pentaqonun sözçüsü Sue Gogh bildirib:

  - ABŞ Müdafiə Nazirliyinin UFO-ların tədqiqi ilə məşğul olan bölməsi - bəzi yadplanetli texnologiyaya sahib olan və ya onları çoxaltmağa çalışan hər hansı dövlət proqramlarının mövcudluğunu təsdiqləyən etibarlı məlumat açıqlamayıb.

Qoq, həmçinin qeyd edib ki, AARO, Müdafiə Nazirliyinin Baş Müşavirinin İdarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Təhqiqatlar İdarəsi ilə əməkdaşlıq edərək, naməlum hadisələr haqqında məlumatı olan şəxslərin onları qorxusuz şəkildə paylaşa biləcəyi bir prosedur hazırlayıb.