Yazını böyüt
Yazını kiçilt
Hesablama Palatası Peşə təhsili üzrə Dövlət Agentliyində audit aparacaq.
Bunu hafta.az-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov deyib ki, peşə təhsilinə ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi aparılması cari ildə nəzərdə tutulur: “Bu sahənin ayrıca konseptual inkişaf proqramı var. Audit predmeti baxımından biz vəsaitlərin istifadəsi, dövlət proqramına uyğunluğu kimi məsələlərin araşdırılmasına çalışacağıq”.