Nyu-Yorkdan olan 65 yaşlı Maykl Arnold öz kiçik təyyarəsini evinin üstündən alçaq məsafədən uçuraraq qadına sataşmaqda ittihamlandığını etiraf edib.
Hafta.az-ın yazdığına görə, Arnold dünən Vermont ştatında ağırlaşdırılmış təqib, təqiblə bağlı qadağanı pozmaq, həbsə müqavimət göstərmək, dövlət məmuruna mane olmaq və polisə yalan məlumat vermək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə Arnoldun şikayətçi qadınla heç bir əlaqəsinin olmaması, evindən, iş yerindən və bütün təyyarələrdən 91 metr aralıda olması şərti ilə azadlığa buraxılıb.
Məhkəmə sənədlərində qeyd olunub ki, Arnold təxminən 4 ildir Nyu-York ştatının Skuylervill kəndində yaşayan qadını izləyirmiş və onun uçuşa çıxmasını qadağan edən sərəncam var. İstintaq rəsmiləri həmçinin bildiriblər ki, Arnold evin üzərindən alçaqdan uçarkən yerə pomidor atarkən görülüb.
O, çərşənbə axşamı Vermont hava limanına gedərkən saxlanılıb və bəlli olub ki, onun orada 1976-cı il istehsalı olan “Cessna 180” tək porşenli təyyarəsini var.
Arnold polisə verdiyi ifadəsində heç kimi izləmədiyini bildirib. O, bir gün əvvəl təyyarəsindən istifadə etməsi ilə bağlı deyilənləri də təkzib edərək “sərnişin” kimi uçduğunu bildirib. Arnold qadınla heç bir əlaqəsinin olmadığını, ona zərər vermək istəsəydi, bunu çox asanlıqla edə biləcəyini, amma heç vaxt etmədiyini deyib.
Facebookda icma səhifəsi üçün fotoşəkil çəkdirmək üçün Skuylervill kəndi üzərindən uçduğunu iddia edən Arnold, Federal Aviasiya Administrasiyasının ona uça bilməyəcəyini demədiyini də vurğulayıb.
Ancaq rəsmi sənədlərə görə, mayın 30-da Nyu-Yorkun Saratoqa məhkəməsində pilota qadından, evindən və iş yerindən uzaq durmağı əmr edən Arnoldun əleyhinə müvəqqəti mühafizə orderi var. Qərarda Arnoldun qadınla əlaqə saxlamaması, onu, ailəsini və iddia edilən cinayətin hər hansı şahidlərini təqib etməkdən, qorxutmaqdan və ya hədələməkdən çəkinməsini ehtiva edən əmr mövcuddur.