Planetin ilk hakeri xərçəngdən dünyasını dəyişdi

20:00 20.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya tarixinin ilk hakeri kimi məşhurlaşan kompüter təhlükəsizliyi üzrə amerikalı mütəxəssis Kevin Mitnik  ABŞ-da qaraciyər xərçəngindən vəfat edib.

Hafta.az  bu haqda Amerikanın “Azadlıq” radiosuna istinadla xəbər verir.

O, Amerikanın aparıcı şirkətlərinin telefon və kompüter şəbəkələrini uğurla sındıran ilk hakerlərdən biri kimi tanınırdı. Bu rolda o, FTB-nin ABŞ-da ən çox axtarılan cinayətkarlar siyahısına düşən ilk kompüter alimi olub. Bu, onu informasiya texnologiyaları sənayedə bir kult fiqura çevirib.

12 yaşından – 1974-cü ildə Mitnik sosial mühəndislik metodlarından və texniki vasitələrdən istifadə etməklə telefon şəbəkələrinə müdaxilə edərək pulsuz zənglər və zənglərin yönləndirilməsi imkanı əldə edib. 17 yaşında, yəni 1979-cu ildə isə o, ilk dəfə məktəbdə kompüter şəbəkəsinə qeyri-qanuni giriş etməyi bacarıb. Onun qurbanları arasında "Pacific Bell" şəbəkələri, "Bella" laboratoriyaları, "Motorola", "Nokia", "Sun Microsystems" var idi. Bunlara görə o, bir neçə dəfə həbsdə olub.

Mitnikin tərcümeyi-halı və haker işlərindən biri Tsutomu Simomura və Con Markoffun "Hacking"("Sındırma") kitabı üçün süjet əsası olub. 2000-ci ildə  əsər Djo Çappel tərəfindən ekranlaşdırılıb. Elə həmin il haker son həbs müddətindən sonra azadlığa çıxıb.

Mitnik "FedEx", "Toshiba" və "IBM" daxil olmaqla dünyanın ən böyük şirkətləri üçün təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlər verib, mühazirələr oxuyub və bir neçə kitab yazıb. Bunlardan ən məşhuru "The Art of Deception" ("Yalan sənəti") (2002) olub.