Podolyak hərbi əməliyyatları Rusiyaya “keçiriləcəyinə” söz verdi

16:26 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Rusiya ərazisində gedən müharibəni böyük maraqla izləyəcək, bu artıq mütləq həqiqətdir. Bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib və əlavə edib ki, Rusiya “ağrılar yaşayacaq, ruslar isə raket hücumlarının nə olduğunu hiss edəcəklər”.

Eyni zamanda o qeyd edib ki, Kiyevin bu cür planlarının nə vaxt həyata keçirilə biləcəyini söyləmək mümkün deyil. "Bu, çox sürətli ola bilər, ləng də ola bilər", - Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri deyib.

Onun sözlərinə görə, Qərb tərəfdaşları Ukraynanın münaqişənin hansı mərhələdə olduğunu anlamaqda bir az geri qalıb və müəyyən silahların verilməsinə ehtiyac duyulan zamanla Kiyevin onları qəbul etməsi arasında müəyyən fasilə var. Bu, kəmiyyət ölçülərinə də aiddir. Podolyakın sözlərinə görə, bu, “çox güclü bürokratiya və kollegial qərarlara keçən şəxsi qərarlar qəbul etmək istəməməsi” ilə bağlıdır.