Polad Bülbüloğlu və Qaluzin arasında görüş keçirilib

22:22 30.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya xarici işlər nazirinin müavini və Azərbaycanın Moskvadakı səfiri ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

 

Hafta.az Rusiya XİN-inə istinadən xəbər verir ki, Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

 

Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

Siyasət rubrikasından digər xəbərlər