Polis rəisi iş otağında dünyasını dəyişdi

19:21 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda polis rəisi kabinetində dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, hadisə Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında iş vaxtı halı qəfil pisləşib.

Hadisə yerinə həkim briqadası çağırılsa da, şöbə rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Polkovnik-leytenant otağında ürək tutmasından vəfat edib.

Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Oxunma sayı 77