Polisin özünü və nişanlısını öldürməsi ilə bağlı cinayət işi açıldı

15:23 22.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda polis əməkdaşının özünü və nişanlısını öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 125-co (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.