Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra ölkələrdən səfirlərin geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.
Hafta.az bildirir ki, Sərəncama görə, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında, Mahir Məmməd oğlu Əliyev isə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Bundan başqa, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.