Prokurorluq Gəncədə baş verən qətllə bağlı məlumat yayıb

13:15 28.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 28-i, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan hafta.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.