Putin “G20” virtual sammitində iştirak etmək və “Qərb liderləri ilə danışmaq” istəyir...

20:50 19.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin gələn həftə -noyabrın 22-də Hindistanın təşkil etdiyi virtual “G20” sammitində iştirak etmək niyyətindədir.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Rossiya-1” təbliğat telekanalı məlumat yayıb.

Ruslar bildiriblər ki, diktator internetdə olması sayəsində “uzun müddətdən sonra ilk dəfə Qərb liderləri ilə danışa biləcək”.

Sentyabr ayında Yeni Dehlidə keçirilən “G20” sammitində Rusiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edib. Növbəti sammitin virtual olacağı əvvəlcədən məlum idi, lakin indiyədək Rusiya tərəfdən kimin iştirak edəcəyi bəlli deyildi.

Gələn həftə Putin Minskə də səfər edəcək və burada “KTMT tədbiri” davam edəcək. Daha sonra Kreml rəhbəri Moskvada Tacikistan prezidenti Emoməli Rəhmonu qəbul edəcək.

Oxunma sayı 78