Putin Ukraynadakı qüvvələrin başına ONU GƏTİRDİ - LƏQƏBİ...

11:40 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son günlər bəzi cəbhələrdə yaşanan itkilərdən və Rusiya daxilində artan diskomfortdan sonra prezident Vladimir Putin Ukraynada döyüşən qoşunların komandanlığına əvvəllər Tacikistan, Çeçenistan və Suriyada xidmət etmiş general Sergey Surovikini gətirib.

Hafta.az bildirir ki, 1966-cı ildə Novosibirskdə anadan olan general iyun ayında Cənub Hərbi Qrupu Komandanlığına təyin olunub. Yekun qərarla Ukrayna müharibəsindəki bütün Rusiya qüvvələri Surovikinə bağlanıb.

O, bundan əvvəl Hava-Kosmik Qüvvələrinin komandanı kimi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına komandanlıq edib və oradakı xidmətlərinə görə 2017-ci ildə Rusiya Qəhrəmanı medalına layiq görülüb.

ABŞ-da yerləşən Ceymstaun Fondunun yaydığı hesabata görə, onun orduda tamamilə “qəddar” bir insan kimi tanındığı vurğulanıb. İstənilən əmri sorğu-sualsız yerinə yetirməyə hazır olduğunu bildirən hesabatda bu xüsusiyyəti sayəsində 2008-ci ildəki radikal hərbi islahatdan sonra sürətlə yüksəldiyi bildirilib.

Britaniya kəşfiyyatının hesabatlarında generalın 30 ildən çox davam edən karyerasının amansızlıqla və korrupsiya ilə qeyd edildiyi vurğulanıb. Surovikin 1991 və 1995-ci illərdə iki dəfə həbs olunduqdan sonra vəzifəsinə qayıdıb. General Hələbdə böyük dağıntılara səbəb olan hava hücumlarına görə də məsuliyyət daşıyır.