Putinin hərbçisi mobil telefonunu vermək istəməyən ukraynalı kişini güllələdi

15:40 28.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Zaporojye vilayətinin Berdyansk şəhərində rusiyalı hərbçi mobil telefon verməkdən imtina etdiyi üçün yerli sakini güllələyib.

Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası məlumat yayıb.

"Rusiya ordusunun hərbçisi Rusiyaya- evinə zəng etmək üçün mobil telefon vermədiyinə görə bir kişini güllələyib. Məqsədi "təcavüz və soyqırımın qurbanı- ukraynalıları qorumaq" olan "hərbi əməliyyat”  bu cür həyata keçirilir. ”, - məlumatda belə deyilir.

Vilayət dövlət administrasiyasından əlavə edilib ki, işğalçıların talançılıq və soyğunçuluq əməllərinin sübutu mağazaların, yerli sakinlərin, yanacaqdoldurma məntəqələrinin kameralarından çəkilmiş videolardır.

Daha əvvəl xəbər verildiyi kimi, Berdyansk rayonu müvəqqəti olaraq rus işğalçıları tərəfindən işğal olunub. Polis idarəsi ləğv edilib, şəhər rəhbərliyi işğalçılarla əməkdaşlıqdan imtina edib.