Gün ərzində Bild qəzeti çox danışılacaq xəbərə imza atıb. Bild-in məlumatına görə, Ukrayna qüvvələri bazar günü 17 kiloqram C4 plastik partlayıcı yüklənmiş UJ-22 pilotsuz uçan aparatını Putinin səfər etdiyi Moskva yaxınlığında yeni tikilmiş sənaye sahəsinə doğru atıb.
Sözügedən rayonun Ukrayna sərhədinə qədər olan məsafəsi 60 mil, yəni təxminən 100 kilometrdir. Xəbərin davamında bu hücumun uğursuz olduğu iddia edilib və ukraynalı fəal Yuri Romanenkonun mövzu ilə bağlı tvitinə istinad edilib.
Bild-in sitat gətirdiyi tvitində Romanenko, “Putinlə yaxınlaşırıq. Moskvaya uçan, lakin partlamayan pilotsuz təyyarə ilə bağlı xəbəri görən varmı?' ifadələrdən istifadə edib.
Kiyevin kəşfiyyat xidmətləri ilə sıx əlaqələri olduğunu iddia edən Romanenko, Ukrayna məxfi xidmət agentlərinin Putinin sənaye zonasına açıq səfəri ilə bağlı “məlumatlara” malik olduğunu və Rusiya liderinə sui-qəsd cəhdi üçün ölümcül pilotsuz uçan aparatı işə salmaq qərarına gəldiyini iddia edib.
Bild-də yer alan iddialarla bağlı Kiyev hələlik rəsmi açıqlama verməyib. Ukraynalı hərbi ekspert Sergey Sumlenni Bild qəzetinə deyib.
“Aydındır ki, Kamikadze pilotsuz uçan aparatla Rusiya prezidentinə dəqiq hücum demək olar ki, mümkün deyil. Amma belə bir dronun Putinin qalmağı planlaşdırdığı yerə çatması ona şillə olardı".