Putinin valideynlərinin məzarını təhqir edən qadın ev dustaqlığına buraxılıb

20:15 12.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburq sakini İrina Tsıbaneva Primorski rayon məhkəməsi tərəfindən ev dustaqlığına buraxılıb.

Hafta.az bildirir ki, qadın qəbirləri təhqir etmə maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin b bəndi) ittiham olunur. Prokurorluq onun saxlanmasında israr edib.

İstintaqın məlumatına görə, oktyabrın 7-də, Rusiya prezidentinin 70 illik yubileyi günü Tsıbaneva Vladimir Putinin Serafimovski qəbiristanlığında olan valideynlərinin məzarı üzərinə gələrək orada Rusiya prezidentinin ünvanına təhqiramiz yazı ilə qeyd qoyub.

Şəhər məhkəmələrinin mətbuat xidmətində Tsybanevanın hərəkətləri "cəmiyyətdə qəbul edilmiş normalara zidd, əxlaqsızlıq" adlandırılıb.