İsrail ordusu, qadın əsgərlərin "kişilər və qadınlar arasında fizioloji fərqlər" səbəbindən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edə bilməyəcəyini qeyd edib.
Hafta.az-ın yazdığına görə, İsrail Xüsusi Təyinatlı Qüvvələrinə qatılmaq istəyən qadınların Ali Məhkəməyə müraciətinin müzakirə olunduğu iclasda İsrail ordusu müdafiə çıxışı edib. Ordunun məhkəməyə təqdim etdiyi müdafiədə 2020-2021-ci illərdə qadınların döyüş hissələrinə təyinatı ilə bağlı bəzi proqramların həyata keçirildiyi və bunun nəticəsində qərarın verildiyi bildirilib.
Araşdırmalar və təhlillər nəticəsində qadınların bəzi vahidlərin tələb etdiyi fiziki gücü təmin edə bilməsinin mümkün olmadığına qərar verilib. İsrail ordusu, ağır silahların daşınması və ağır çantalarla çox uzun məsafələrə getməyin kişilərə nisbətən qadınların yaralanma ehtimalını əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.
Ordunun məhkəməyə təqdim etdiyi təhlildə, piyada birliklərindəki bəzi minaatan qrupları kimi çəki daşımanın ön planda olmadığı mövqelərdə yüzlərlə qadın əsgərin tapıla biləcəyi ifadə edilib.
İsrail ordusunun müdafiəsində orduda mövqelərin 90 faizinin kişilər və qadınlar üçün eyni dərəcədə açıq olduğu, döyüş hissələrindəkilərin isə 20 faizə qədərinin qadın əsgərlər olduğu bildirilib.
Mart ayında Axtarış-Xilasetmə və Döyüş Mühəndisliyi Bölməsi qadın əsgərlərin istifadəsinə verilib və mühəndislik bölməsində 12 qadın əsgər işlə təmin olunub. Ordu bu prosesin planlaşdırıldığı kimi davam edəcəyini və qadın əsgərlərin tezliklə Axtarış-Xilasetmə Birliyinə qatılacağını açıqlayıb.
Xatırladaq ki, İsrailin Ali Məhkəməsinə bir ərizə 2020-ci ildə pilot proqramından çıxarılaraq gizli hava qüvvələrinə təyin edilmiş qadın əsgər tərəfindən verilib. Küçə komandolarının xüsusi təyinatlı dəstəsinə qoşulmaq istəyən başqa bir qadın zabit tərəfindən də bir müraciət edildiyi bildirilib.
İsrail ordusu məhkəmədən ərizələri rədd etməyi və hərbçilərə məsələ ilə bağlı öz cədvəlini tətbiq etməyə icazə verməsini istəyib.