Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib

13:32 12.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

Hafta.az ali FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki yeni mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamız (1303.32 xal) 74-cü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2057,19) başçılıq edir.