Qadın meyiti tapılıb

13:22 24.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda 84 yaşlı qadının meyiti tapılıb.

Hafta.az xəbər verir ki, tapılan qadın meyti köhnə internat məktəbinin binasında aşkar edilib.

Meyitin Yevlax rayon sakini 1941-ci il təvəllüdlü Quliyeva Narınc Hüseyn qızı olduğu müəyyən edilib. İlkin müayinə zamanı onun infarkt keçirməsi nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.trend