Qadın və kişilərdə əmək pensiyasının yaş həddi nə zaman bərabərləşəcək - CAVAB

16:10 07.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyasının yaş həddi 2027-ci ildə qadınlar və kişilər üçün bərabər olacaq.

Bu fikirləri hafta.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib. 

Onun sözlərinə görə, hazırda kişilər üçün artıq 65 yaşdır. Qadınlar üçünsə hələ ki, 62 yaş 6 aydır:

"Bu o şəxşlərdir ki, həmin yaşa çatanda 25 illik sığorta stajı və yaxud da müəyyən olunmuş həddə pensiya yığım kapitalına əsasən, əmək pensiyasına çıxırlar. Güzəştli şərtlərlə əmək pensiyasına çıxanlara gəlincə, məsələn, bu kateqoriyaya ağır iş şəraitində işləyənlərə aid edilir. Tutaq ki, yeraltı işlər. Bu sahədə çalışanlar 12 il yarım stajı olduqdan sonra 10 il daha tez əmək pensiyasına çıxa bilərlər. Bundan başqa, hüquq-mühafizə orqanlarıdır ki, onlarla da bağlı müəyyən yaş hədləri müəyyənləşdirilib. Və çoxuşaqlı analar da vaxtından əvvəl əmək pensiyasına çıxa bilərlər və s. Yəni, bu siyahı kifayət qədər genişdir. Siyahını nəyin hesabına artırmaq olar? Düşünürəm ki, ağır fiziki əməkdirsə, bu siyahıda var, tutaq ki, şəxş neft platformasında və ya zərərli kimyəvi məhsullar istehsal edən zavodda çalışır və s. Bununla bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş geniş bir siyahı var”.

Liqa rəhbəri virğulayıb ki, Əmək və ƏhalininSosial Müdafiə Nazirliyi tərəfindən müzakirəyə çıxarılan bir layihə mövcuddur. Amma həmin layihə zərərli və ağır əmək şəraitində çalışan şəxslər üçün qanunvericilikdə dəyişikliklərin edilməsindən bəhs edir: “Bu tamamilə başqa məsələdir. Bizi də müzakirələrə dəvət ediblər və biz də həmin sənədə etirazımızı bildirmişik.  Həmin layihədə stajların dəyişdirilməsi və s. məsələlər var. Məlumat üçün bildirim ki, sovet vaxtında 1 və 2 saylı siyahılar vardı. 1 saylı siyahı daha ağır işlərdə çalışanları əhatə edirdi – onlara 10 il, 2 saylı siyahıdakı işçilərə isə pensiya yaşından 5 il əvvəl pensiyaya çıxmaq imkanı tanınırdı. İndi  bu bizdə artırılıb və biz az da artırmaq planları var. Əslində bu gün siyahıların dəqiqləşdirilməsinə ehtiyac var. Çünki yeni peşələr ortaya çıxıb. Tutaq ki, bir sexdə eyni şəraitdə işləyən iki nəfər var, birinin işinin adı bir cürdür, o birinin işinin adı fərqldir. Həmin peşələrdən birinin adı siyahıda var, digərinin adı yoxdur, amma eyni iş şəraitində işləyirlər. Nazirlik bunları dəqiqləşdirmək istəyirdi, stajlar məsələsinə yenidən baxmaq istəyirdi. Ən əsas mübahisə yenə də deyirəm eyni əmək şəraitində işləyən, hətta bəzən eyni işi görən, sadəcə peşə adında cüzi fərq olan işçilərlə bağlıdır ki, bu mübahisə məhkəmələrə qədər gedib çıxır. Xüsusilə indi müxtəlif peşələr ortaya çıxıb və peşə standatları da sona qədər müəyyən olunmayıb”.

Oxunma sayı 67