Qafqaz ABŞ-ın dominant olduğu bölgə deyil - Azər Hüseynov

11:59 22.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Cozef Baydenin Prezident İlham Əliyevə məktubu onu göstərir ki, ABŞ Azərbaycanın geosiyasi əhəmiyyətini yaxşı anlayır. Sadəcə olaraq ABŞ daxilində siyasi qüvvələr və xüsusi ilə hakimiyyət daxilində fərqli fikirlər mövcuddur”.

Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov ABŞ prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə məktubunun mahiyyətini təhlil edərkən bildirib.

Ekspertin fikrincə, Azərbaycana həm də diplomatik dillə təklif edilir ki, Ermənistanla problemin yekunlaşmasında Rusiya və digər dövlətlərin vasitəçiliyindən istifadə edilməsin:

“Bununla belə, onu demək mümkündür ki, Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsi və sülhün imzalanması iki ölkənin və bölgəyə təmas edən qüvvələrin fəaliyyətindən asılıdır. Ona görə ABŞ hər nə qədər bu istiqamətdə çalışsa və

Paşinyan üzərində təsir imkanlarına malik olsa da, Qafqaz onun dominant olduğu bölgə deyildir”.