Qahirədə tarixi məzarlar dağıdılır

09:50 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qahirənin şimal bölgəsindəki tarixi qəbiristanlıqlarda söküntü işlərini davam etdirir. Bu çərçivədə bir çox sayda məzarın dağıdıldığı bildirilir.

Hafta.az-ın yazdığına görə, Misir insan haqları qrupları və arxeoloqlar söküntülərə reaksiya verib və prosesin dayandırılması üçün məhkəməyə müraciət ediblər. Amma buna baxmayaraq, dağıdıcılıq işləri dayandırılmır.

Məlumata əsasən, indiyədək minlərlə məzar, o cümlədən tarixi məzarlar dağıdılıb, meyit qalıqları isə məzarlardan çıxarılaraq başqa yerlərə köçürülüb.

Dağıdılan qəbirlər arasında İmam Şafinin və həzrəti Peyğəmbər nəslindən olan həzrət Seyyidə Nəfisənin, eləcə də Osmanlı dövrü şəxsiyyətlərinin məzarları da var.

Qəbiristanlıqların 75 faizinin söküləcəyi iddia edilsə də, Misir rəhbərliyi onların bölgədə tikinti fəaliyyəti ilə məşğul olduqlarını və məzarları sökmək niyyətində olmadıqlarını müdafiə edir.