Yazını böyüt
Yazını kiçilt
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu müəyyənləşib.
Faktla bağlı qanun pozucuları barəsində qanunauyğun tədbirlər görülüb.