“Qarabağ ərazisində birgə hərbi bazanın qurulması yaxşı olardı” – Pakistanlı politoloq

16:40 12.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Bakıda keçirilən "Üç qardaş-2021" birgə hərbi təliminin məqsədi başqa ölkələrə gövdə nümayiş etdirmək yox, bu ölkələrin müdafiə və əməliyyat qabiliyyətləri sahəsində əməkdaşlığı gücləndirməkdir”.

Bu sözləri Hafta.az-a müsahibəsində Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri Musavar Hamid Tanoli bildirib. Müsahib deyir ki, təlim ölkələrimizin gələcək əməkdaşlığına açılan qapıdır. Azərbaycan Pakistanda istehsal olunan “JF17 Thunder” qırıcıları almaqda maraqlıdır, necə ki, 44 günlük Vətən savaşında qazanılan qələbədə böyük rol oynayan Türkiyə istehsalı SİHA-larla ordusunu təchiz edir. “Hesab edirəmç ki, bu hərbi təlimlərin məqsədləri döyüş hazırlığını artırmaq, birgə əməliyyatların kefyfiyyətini yüksəltmək və hətta düşmənə güc nümayiş etdirməkdir” deyən politoloqa görə, bu gün təlim keçirən adıçəkilən üç ölkənin, məsələn, Qarabağ ərazisində birgə hərbi baza qurması çox yaxşı olardı. “Qarabağda Pakistan, Azərbaycan və Türkiyə hərbçilərinin olması Ermənistana ciddi təsir edəcək və bəlkə də bu, Azərbaycanla Ermənistan arasında sülh prosesini tezləşdirəcək. Türkiyə və Azərbaycan silahlı qüvvələri artıq Qarabağda var və Rusiya sülhməramlıları ilə birlikdə sərhəddəki vəziyyətə nəzarət edirlər. Müdafiə müstəvisində müqavilənin imzalanması Pakistan, Azərbaycan və Türkiyə üçün məhsuldar ola bilər. Bunu etməklə hərbi və strateji əlaqələrimiz inkişaf edəcək, bir-birimizin imkanlarını anlamağa və bir-birimizdən nələrisə öyrənməyə kömək göstərəcək. Hesab edirəm ki, bu gün start verilmiş birgə hərbi təlim, ölkələrimizin həm müharibə meydanında, həm də sülh şəraitində döyüş qabiliyyətinin artmasına öz töhfəsini verəcək”, - deyir pakistanlı politoloq.

Oxunma sayı 4190