Qarabağda 11 məktəb fəaliyyət göstərir - Emin Əmrullayev

15:39 06.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.

O bildirib ki, həmin məktəblərdə 272 müəllim işləyir.

"Fəaliyyət göstərən məktəblərdə 2213 şagird təhsil alır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssəsi fəaliyyət göstərir ki, orada da 16 tərbiyəçi çalışır və 183 uşaq təhsil alır" - deyə o əlavə edib.