Qarabağda mina axtaran itlərlə gündə bu qədər ərazi təmizlənir

14:10 23.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda ərazilərin minalardan təmizlənməsində xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Hafta.az-ın məlumatına görə, bunu Kinoloji qrpun təlimatçısı, gizir Məqsəd Məmmədov deyib.

O bildirib ki, gün ərzində iki baş itlə 800-1200 kvadrat ərazi təmizlənir.

“Bəzən bunlar hava şəraitinə görə dəyişə də bilər. Bu günə kimi işğaldan azad olunmuş ərazilərdə mina axtaran itlərin fəaliyyəti çox böyük olub. Havaların isti keçməsinə baxmayaraq, təlimatçılar və itlərin köməyi ilə işlərimizi sürətlə davam etdiririk”, - deyə o əlavə edib.