Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı sakinləri video-qəbul formatında dinləyib

19:36 17.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə növbəti 7-ci video-qəbulu keçirilib.

Hafta.az yazır ki, video-qəbul formatında keçirilən qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak ediblər.

Onlayn qəbulu giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Video-qəbulda iştirak edən Lökbatandan 4, Sahil qəsəbəsindən 1, Putadan 2, Qızıldaşdan 2, Ümid qəsəbəsindən 2, Ələtdən 1, Müşviqabad qəsəbəsindən 1 nəfər fərdi qaydada rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilib. Sakinlərin verdikləri sualları ətraflı cavablandıran S.Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, bəzi müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra S.Mikayılov nitqində COVID-19-la mübarizədə dövlət tərəfindən görülən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışıb, bu işdə öndə olan, həyatlarını təhlükəyə atan həkimlərə təşəkkür edib, vətəndaşlarımıza dövlətin atdığı addımlara dəstək olduğu üçün minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün RİH aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qruplar fəaliyyətlərini gücləndirib, insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparırlar. Mobil qrupların apardığı bu işlərdə hər bir rayon sakinin dəstəyinin vacibliyini xüsusi vurğulayıb.