Qaydanı pozan sürücü narkotikin təsiri altında olub - FOTO

21:19 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonu ərazisində hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini X.Rəhmanlının narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən X.Rəhmanlının narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.