Qazaxda çətənə kolları məhv edilib

09:54 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Ümumi çəkisi 5 tondan çox olan, 12500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Oxunma sayı 52