Qazaxda mina partladı - Yaralılar var 

18:26 23.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda bədbəxt hadisə baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndinə qeydə alınıb.

Kənd sakinləri olan 12 yaşlı Cavad Nuriyev və bacısı 14 yaşlı Nabat Nuriyeva təsərrüfatda qoyun otaran zaman yanlarında mina partlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Nabat Nuriyevanın vəziyyətinin normal olduğu, qardaşı Cavad Nuriyevin isə əl və üzündən müxtəlif xəsarətlər aldığı bildirilir.