Qazaxıstan 106 adda məhsulun Rusiyaya ixracını dayandırdı

12:48 19.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.

Hafta.az-ın Rusiya mediasına istinadən yazdığına görə, rəsmi Astana sanksiya qərarları çərçivəsində Rusiyaya 106 adda məhsulun ixracına qadağa qoyub.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib ki, ixracı qadağan edilən məhsullar “hərbi məqsədlər üçün istifadə oluna bilən” məhsullardır.

“İnterfaks” xəbər verir ki, bu əşyalara çiplər, dron hissələri və sifarişli elektron komponentlər daxildir.