Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

14:31 05.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sentyabrın 5-də Beqijon Ahmedovun “Dərviş” kitabının təqdimatında bildirib.

Fondun prezidenti deyib: “Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirin təşkilində əsas məqsəd türk xalqlarının mədəniyyətlərini birləşdirməkdən ibarətdir”.