Qəbələdə vətəndaşlar qanunsuz silahları polisə təhvil veriblər

18:00 06.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə sənədləri olmayan 10 ədəd tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.