Qədəh Putin üçün dolu, iş dünyası üçün isə boşdur

09:30 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir yandan “işlədiləcək işçi qüvvəsi olmadığı üçün işsizlik azdır, iqtisadiyyat çətin vəziyyətdədir” şikayətləri, digər tərəfdən “Dünyada işsizliyin ən aşağı olduğu ölkələrdən biri Rusiyadır” optimizmi Moskvanın xalqı aldatdığını üzə çıxarır.

Hafta.az-ın yazdığına görə, Rusiya Nazirlər Şurasının üzvləri ilə onlayn görüşən prezident Vladimir Putin ölkədə işsizlərin sayının 2,4 milyon (3,2 faiz) ilə ölkə tarixində ən aşağı səviyyədə olduğunu bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov bildirib ki, son bir ildə ölkədə işləyənlərin sayı 1,5 milyon nəfər artıb.

Kotyakov məlumat verib ki, bu gün ölkədə iş axtarışından daha çox işə qəbul elanları var.

Amma ictimai sferada münasibət rəsmi məlumatların tam əksinədir. Bildirilir ki, əgər doğrudan da Rusiyada vəziyyət belə yaxşıdırsa, niyə insanlar işsizdir, yoxsuldur və yaşamaq üçün xaricə qaçırlar...