Qərb qırıcılarından Rusiya Federasiyasına zərbə endirməyəcəyik - Kuleba

17:06 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb qırıcılarının Kiyevə çatdırılacağı təqdirdə onlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcəyinə söz verib. Bu barədə Sky News telekanalı xəbər verir.

"Biz Ukrayna ərazilərini azad etmək üçün Qərb silahlarından istifadə edəcəyimizə zəmanət verə bilərik" deyə o, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb təyyarələri və uzaqmənzilli silahlardan istifadə etməyəcəyinə zəmanət verə biləcəyini soruşduqda deyib.

Qərb ölkələri yanvarda Kiyevə reaktiv qırıcıların tədarükü ilə bağlı müzakirələrə başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski buna nail olacağına söz verib.