Qeydiyyatdan keçən müşahidəçilərin sayı AÇIQLANIB

12:30 24.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.

MSK sədri qeyd edib ki, onların 400-ə yaxını beynəlxalq müşahidəçilərdir.

“Artıq veb-kameraların sınağına başlamışıq. Hesab edirəm ki, səsvermə gününədək bu prosesi tam başa çatdıracağıq”, - deyə M.Pənahov əlavə edib.