Qeydiyyatdan keçməmiş Əfqanıstan vətəndaşlarının geri qayıtması tam sürətlə davam edir və artıq 8 min insan “Torxam” sərhəd qapısındani keçib.
Hafta.az-ın yazdığına görə, Pakistan polisi həmçinin Haybər rayonunun müxtəlif yerlərində yaşayan əfqanların profilini araşdırmağa başlayıb.
“Torxam” sərhədindəki immiqrasiya rəsmiləri bildiriblər ki, son üç gün ərzində əksəriyyəti qeydiyyatdan keçməyən, lakin Qeydiyyat Sənədi (POR) kartı və ya əfqan sənədi (milli şəxsiyyət vəsiqəsi) olan 150-dən çox ailə öz vətənlərinə qayıdıb. Onlar bildiriblər ki, bazar günü 8 min nəfər sərhədi keçib və bu rəqəm təxminən ümumilikdə 10 min nəfərə çatıb.
Landi Kotal komissarının köməkçisi İrşad Əli Momand bildirib ki, rəsmi icazəsi olan əfqanlar adi qaydada qalırlar. Sənədsizlərə gəlincə, rayon rəhbərliyinin qeydiyyatsız əcnəbilərin “qovulması” ilə bağlı rəsmi ultimatumlarını milli siyasətin bir hissəsi hesab edirlər.
Rəsmilər bildiriblər ki, Pakistan öz torpağında məskunlaşmış bütün qanunsuz mühacirlərə oktyabrın 31-dək ölkəni tərk etmələri üçün ultimatum verdiyindən sərhəddən keçənlərin sayı hər keçən gün artmaqdadır.
Onlar bildiriblər ki, adətən əfqanlar əvvəllər Əfqanıstanda qışın sərt keçməsi səbəbindən ilin bu hissəsində Pakistanda qalmağa üstünlük verirdilər. "İndi bu fenomen dəyişdi, çünki bütün ölkədə polis qeydiyyatdan keçməmiş əfqanlara qarşı repressiyaya başlayıb", - əfqan mühacirlər deyiblər.