Yazını böyüt
Yazını kiçilt
Bu gün axşam saatlarında Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən xəbərə görə, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb:
- ADA Universiteti ilə Baş Prokurorluq memorandum imzalayıb
- Axtarışda olan 61 nəfər tutulub
- İki milyonluq oğurluq edən "alpinistlər" hökmdən narazıdır
"Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq".