Qız sevgilisi ilə görüşmək üçün bütün kəndin işığını söndürdü

11:54 29.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Bihar əyalətindən olan qız sevgilisi ilə qaranlıqda görüşmək üçün bir neçə dəfə bütün kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bu barədə “India Today” məlumat yayıb.

Ştat kəndlərindən birinin sakinləri uzun müddət tez-tez elektrik enerjisinin kəsilməsindən əziyyət çəkirdilər. Buna görə də kənddə çoxlu oğurluqlar olub. Sakinlər enerji idarəsinə şikayət edib, nəticəsi olmayıb.

Sonda məlum olub ki, Priti Kumari adlı yerli sakin sevgilisi Rajkumarla qaranlıqda görüşmək üçün hər dəfə kəndin işığını kəsib. Tezliklə sosial şəbəkələrdə Rajkumarın çubuqlarla döyüldüyü və hindistanlı qadının onu qorumağa çalışdığı videolar yayılmağa başlayıb.

Nəhayət, kəndlilər Rajkumara Kumari ilə evlənməyi təklif ediblər. Onlar yerli məbəddə evləniblər.