Yazını böyüt
Yazını kiçilt
Saatlı rayonunda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalından aşkar olunub.
Hafta.az bildirir ki, hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı müəyyən olunub ki, M.Seyidov öz qonşuları olan 1980-ci il təvəllüdlü Elşad Elburus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılıb.
Şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.