Qonşusunun toyuqlarını qorxudaraq öldürən adam cəzalandırıldı

14:07 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində düşmənçilik edən iki qonşu arasında baş verənlər məhkəmə ilə yekunlaşıb. Hunan əyalətinin Hengyang şəhərində qonşusunun yüzlərlə toyuğunu öldürən şəxs keçirilən məhkəmə iclasında 6 ay həbs cəzasına məhkum edilib.

Hafta.az-ın "China Daily"ə istinadən ayzdığına görə, sadəcə soyadları açıqlanan cinayətkar Qu ilə toyuq sahibi Zhong arasında qalmaqal 2022-ci ilin aprelində başlayıb.

Gu ona demədən Zhongun ağaclarını kəsib. Zhongun arvadı daha sonra ağacları nəqliyyat vasitəsi ilə başqa yerə daşıyıb. Qu daha sonra bir gecə Zhongs fermasına girib və fənərlə toyuqları qorxudub. Quşların qorxaraq bir-birini əzməsi nəticəsində 460-ı ölüb.

Qunun Zhong ailəsinə qarşı qəzəbi o, tutulduqda daha da artıb və 3 min yuan təzminat ödəməli olub. Bir müddət sonra Qu eyni üsuldan istifadə edərək daha 640-a yaxın toyuğun ölümünə səbəb verib. Bundan sonra iş yenidən məhkəməyə verilib. Hengyang məhkəməsində Qu 6 ay həbs cəzasına məhkum edilsə də, 1 il cinayət törətməmək şərti ilə cəza şərti verilib.