ABŞ-ın nəzarətində olan Quantanamo həbsxanasında məhbuslar arasında yenidən koronavirusa yoluxma halları aşkarlanıb.
Hafta.az-ın "New York Times"a istinadən ayzdığına görə, Quantanamoda 4 məhbusun koronavirus testi müsbət çıxıb. Koronavirusa tutulan məhbusların şəxsiyyətinin Abdurrahim ən-Nəşiri, Vəlid bin Attaş, Neşvan Əbdürrəzzak Abdulbaki və Guled Həsən Duran olduğu açıqlanıb.
Dörd məhbus 2002-2008-ci illər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında saxlanılıb. Koronavirus testlərinin müsbət çıxdığı bildirilən adlar ötən illərdə MKİ-nin işgəncələrinə məruz qalıb.
Somalili Güled Həsən Duranın Quantanamodan azadlığa buraxılmasına dair xəbərlər təsdiqlənib və "yüksək əhəmiyyətli məhbus" kimi təsnif edilib. Lakin Duranın hansı ölkəyə göndəriləcəyi müəyyən edilmədiyindən somalili məhbus hələ də həbsdədir.
2002-ci ildə yaradılan Quantanamo indiyədək 780 məhbusu saxlayıb. Onların bəziləri öz ölkələrinə geri göndərilərək ailələrinə qovuşsalar da, əksəriyyətinin bu imkanı olmayıb. Məhbusların bəziləri Quantanamoda həlak olarkən, bəziləri ailələrindən uzaqda müxtəlif ölkələrdə məskunlaşmaq məcburiyyətində qalıb. Bir çox məhbusun yaxınları Quantanamoda olarkən dünyasını dəyişib.
ABŞ bir müddətdir Quantanamo həbsxanasının bağlanması üçün çağırışlar etsə də, Vaşinqton administrasiyaları bu çağırışlara cavab verməyib, ABŞ-da yerləşən Müsəlman vətəndaş hüquqları təşkilatı CAIR-ın prezidenti Robert Makkau, “Quantanamoda yerləşən bu həbsxananın mövcudluğu davam edir və o ABŞ-ın insan haqları sahəsində ləkədir” deyib. Sözügedən həbsxanadakı məhbusların demək olar ki, hamısının ittiham olunmadan saxlanması onlara qarşı bir reaksiyadır.
Hazırda ABŞ-ın Quantanamo həbsxanasında 30 məhbus var. Bunlardan 16 nəfərinin qeyri-müəyyən müddətə saxlanıldığı, lakin təhlükəsizlik şərtləri təmin olunan kimi azadlığa buraxılacağı açıqlanıb.
Məhbuslardan 3-nün qeyri-müəyyən müddətə saxlanması elan edilib və azadlığa buraxılması tövsiyə olunmayıb, 10 nəfəri isə ittihamlanaraq hərbi məhkəmələrdə mühakimə olunur. Qalan 1 nəfər isə hərbi məhkəmələrdə təqsirli bilinib.